BMT-də Braziliya ənənəsi: 66 ildir kürsüyə birinci çıxır

BMT Baş Assambleyasının iclasında bu il də açılış çıxışını Braziliya edəcək.

Metbuat.az xəbər verir ki, Braziliya əlifba sırasına görə ilk sırada olmasa da, 66 ildir ilk çıxışı məhz bu ölkənin nümayəndəsi edir. İkinci çıxış isə toplantıya ev sahibliyi edən ABŞ nümayəndəsinin olur. Bildirilir ki, BMT sıralamanı müəyyən etmək üçün fərqli sistemdən istifadə edir.

Qeyd edək ki, BMT toplantılarının ilk illərində heç bir ölkənin nümayəndəsi ilk çıxışı etmək istəməyib.

Lakin Braziliya könüllü olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR