Azərbaycanda məktəbli hasardan yıxılaraq ölüb

Şəkidə 15 yaşlı məktəbli ölüb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Kiş kəndində qeydə alınıb.

Məlumata görə, 2006-cı il təvəllüdlü Faiq Abdullayev yaşadığı evin həyət qapısının bağlı olduğu üçün hasardan həyətə keçmək istəyib. 15 yaşlı məktəblinin hasardan yıxılaraq öldüyü ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR