BMW aptekə girib, satıcı xəsarət alıb

BMW aptekə girib, satıcı xəsarət alıb
23:27 18 Yanvar 2015
98 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərinin mərkəzində avtomobil aptekə girib.
 
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Rustaveli və Hacımurad Xəlilov küçələrinin kəsişməsində baş verib.
 
Sürətlə hərəkət edən BMW markalı avtomobilin idarəetmədən çıxaraq aptekə girməsi nəticəsində aptekin işçisi olan qadın ayağından xəsarət alıb.
 
Hadisə yerinə Marneuli Rayon Polis İdarəsinin əməkdaşları və yol patrul xidməti, həmçinin təcili yardım və yanğınsöndürmə maşını gəlib.
 
Faktla ilə bağlı araşdırma aparılır.
 
MilliAz


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/50492.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR