Bakı əhalisinin sayı açıqlandı

Bakı şəhər Statistika İdarəsi 2021-ci ilin əvvəlində qeydə alınan paytaxt əhalisinin sayını açıqlayıb.

Metbuat.az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, cari ilin əvvəlinə Bakı əhalisinin sayı 2 300,5 min nəfər təşkil edib. Bu, illik ifadədə 7,5 min nəfər və ya 0,3% çoxdur.

Əhalinin sıxlığına gəldikdə, ilin əvvəlində paytaxtın 1 kv. km ərazisinə 1 075 nəfər düşüb.

Qeyd edək ki, proqnozlara görə, 2040-cı ildə paytaxt əhalisinin sayı 3,17 mln. nəfərə çatacağı gözlənilir.

Xatırladaq ki, ərazisi 2,14 min kv. km təşkil edən Bakı şəhərinin 12 rayonu və 59 qəsəbəsi mövcuddur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR