Fransanın müdafiə naziri NATO ilə bağlı mövqeyini açıqladı

Fransanın müdafiə naziri Florans Parli sualtı qayıq sazişi ilə bağlı qalmaqaldan sonra Parisin NATO-dan çıxmasını doğru hesab etmir.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Parli senatda çıxışı zamanı deyib.

“Bu vəziyyətdən sonra (Avstraliyanın sualtı qayıq sazişinə xitam verməsi – red.) hansı nəticələr çıxarmalıyıq? Qapını çırpıb NATO-dan çıxmalıyıq? Mən belə fikirləşmirəm”.

Xatırladaq ki, Avstraliya Böyük Britaniya və ABŞ-la müdafiə və təhlükəsizlik sahəsinə tərəfdaşlıq sazişi imzalayaraq Fransa ilə “Naval Group” sualtı qayıq sazişindən çıxıb. Bundna sonra ölkələr arasında münasibət gərginləşib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR