Millimizin oyunu kütləvi yoluxmaya görə ləğv olundu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Belarusun müvafiq yığması ilə keçirməli olduğu yoldaşlıq oyunları ləğv edilib.

Metbuat.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna Bakıya səfər ərəfəsində rəqib komandanın heyətində bir neçə futbolçunun COVID-19 testinin pozitiv çıxması səbəb olub.

Qeyd edək ki, matçlar 24 və 27 sentyabrda gerçəkləşməli idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR