"Qalatasaray"dan biabırçı məğlubiyyət -

Futbol üzrə Türkiyə çempionatında VI tur davam edir.

Metbuat.az-ın xəbərinə görə, VI-turun ikinci günündə 3 matç baş tutub. Belə ki, günün əsas qarşılaşması "Qalatasaray"la "Kayserispor" arasında olub. Superliqada son 3 oyunda qələbə qazana bilməyən "Qalatasaray" bu səfər də qələbə qazana bilməyib. "Aslanlar" 3:0 hesabı ilə məğlub olublar.

Klubun baş məşqçisi Fatih Terim matçdan sonrakı mətbuat konfransında belə oyun gözləmədiyini bildirib:

"Belə bir nəticə gözləmirdik. Bəzi oyunçuların artıq formalarına başqalarına təhvil vermələrinin vaxtı çatıb", - deyə o bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR