İnsanlardan sonra heyvanlar da koronavirusa qarşı

ABŞ-ın şimal-şərqindəki "New England" zooparklarının sakinləri koronavirusa qarşı peyvənd edilməyə başlanılıb.

Metbuat.az xəbər verir ki, ərazidə bir dənə də olsun COVID-19-a yoluxan heyvan tapılmasa da, təşkilat rəhbərliyi onları profilaktik olaraq "Zoetis" vaksini ilə peyvənd etməyə qərar verib. Zooparkda primatlar, pişiklər (aslanlar, pələnglər və qar bəbirləri) və Şimali Amerika çay su samurları yaşayır. Qeyd olunub ki, risk altında olan heyvanları tam peyvənd etmək üç-dörd həftə çəkəcək. Daha əvvəl Rusiyada da yerli dərman "Karnivak-Kov" ilə heyvanların COVID-19 əleyhinə vaksini başlamışdı. Məlumat üçün bildirək ki, peyvəndlər özəl və dövlət baytarlıq klinikaları tərəfindən aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR