Kral Salman İranla münasibətlər barədə danışdı

Səudiyyə Ərəbistanı kralı Salman Bin Əbdüləziz İranla münasibətlər barədə danışıb.

Metbuat.az xəbər verir ki, o, İranla etibar qazanmaq üçün aparılan ilk danışıqların nəticə verəyəcinə ümid edir. BMT Baş Assambleyasına video konfrans vasitəsilə qatılan Salman bildirib ki, İranla danışıqlar ölkələrin suverenliyinə hörmət etmək, daxili işlərinə qarışmamaq, terrorçulara dəstəyi dayandırmaq və digər problemlərin həllinə yol aça bilər.

Kral Salman bəyan edib ki, ölkəsi dialoq və dinc həll yollarını dəstəkləyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR