Armudun faydaları:

Amerikalı qidalanma mütəxəssisi Amy Goodson armudun sağlamlığa faydalarından danışıb.

Metbuat.az xəbər verir ki, bu meyvənin əsas faydası yüksək lif tərkibli olmasındadır. Armud həm də toxluq hissini uzun müddət saxlamağa və nəticədə çox yeməməyə şərait yaradır. Hesablamalara görə, orta ölçülü bir armud təxminən altı qram lif ehtiva edir. Mütəxəssis əlavə edib ki, bu meyvədə iki növ lif var: həll olunan və həll olunmayan. Birincisi qan şəkərini və xolesterol səviyyəsini tənzimləyir, bağırsağın işini normallaşdırır, ikincisi bədəni təmizləyir, toksinləri çıxarır həmçinin diabet kimi xroniki xəstəliklərin inkişaf riskini azaltmağa kömək edir. Onu da qeyd edək ki, armud, qanda xolesterinin səviyyəsini aşağı salan, qan təzyiqini tənzimləyən və qan laxtalanmasının qarşısını alan qida antioksidantları olan flavonoidlərlə zəngindir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR