Astara polisindən əməliyyat: Külli miqdarda narkotik vasitə aşkarlandı

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən altı rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Metbuat.az-a verilən məlumata görə, onlardan ümumilikdə altı kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Rayonun Ərçivan qəsəbə sakini Emil Rzayev saxlanılıb. Keçirilən baxış zamanı onun üzərindən yeddi qrama yaxın, yaşadığı evin həyətindəki yarımçıq tikilidən isə 6 kiloqram 620 qram narkotik vasitə qurudulmuş marixuana aşkarlanıb.

Polis əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə daha beş nəfər rayon sakini Emil Cəfərov, qardaşı İlqar Cəfərov, Rüfət Abdullayev, Gülxan Kərimov və Təbriz Mirzəyev saxlanılıblar. Onlardan hazır bükümlərdə külli miqdarda heroin və metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR