Rusiyada axtarışda olan cinayətkar Ermənistanda tutuldu

Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 27 yaşlı Srapion Q. Yerevanda saxlanılıb.

Metbuat.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə təhlükəsizlik idarəsinin mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, 2019-cu ilin iyulundan axtarışda olan Srapion Yerevanda Nor-Nork inzibati rayonunda pasport-qeydiyyat şöbəsində saxlanılıb.

Qeyd edək ki, Srapion qətl törətdiyinə görə axtarışa verilib. O, Moskva şəhər məhkəməsinin qərarı ilə həbsə məhkum edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR