Bu da Vüsalə Əlizadənin rəhmətə gedən qardaşının oğlu -

Xəbər verdiyimiz kimi aparıcı Vüsalə Əlizadənin qardaşı ötən ay dünyasını dəyişib.

Metbuat.az big.az-a istinadən xəbər verir ki, artıq bir aydan artıqdır ki, efirlərə çıxmayan aparıcıya həmkarları, dostları dəstək olur. Dostlarından biri Vüsalənin dünyasını dəyişən qardaşı oğlu Rafaelin fotosunu paylaşaraq:

"Canım Vüsalə, sən bu oğlana yaxşı yaxşı bax. Gör nə balacadı. gör nə köməksizdi. Sən qardaşını , o atasını itirdi. Amma bir ortaq cəhətiniz var ki. hər ikiniz uşaqlığınızı itirdi...sən yaşanmış, o, yaşanmamış. Ata sevgisini tam dadmamış, atasızlığı yaşayır. Sən bu körpəyə xatir ayaqda durub bu balanı böyütməlisən. Necə ki, qızına dayaq oldun, çox xahiş edirəm bu balaya da arxa dayaq dur. İşinə, illərdir dırnağınla qazıdığın o zirvənə geri dön. Sən özünü bizə qaytar" sözlərini yazıb.
Bu da Vüsalə Əlizadənin rəhmətə gedən qardaşının oğlu - FOTO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR