Türkiyəli futbolçu rəsmən “Barselona”da

İspaniyanın “Barselona” klubu Türkiyənin “Kayserispor” komandasının futbolçusu Emre Demiri heyətinə qatıb.

Metbuat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb.

17 yaşlı yarımmüdafiəçi ilə 6 illik müqavilə imzalanıb. Gənc oyunçu yeni komandasına mövsüm başa çatdıqdan sonra qoşulacaq.

Qeyd edək ki, “Barselona” transfer üçün qarşı tərəfə 2 milyon avro təzminat ödəyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR