Dünyanın “sonunda” qəsəbə qurdular:

Rusiyanın ən vacib təbii qaz yataqlarının yerləşdiyi Yamalo-Nenets Muxtar Dairəsindəki bölgədə qurulan qəsəbə turistlərin diqqətini cəlb edir.

Metbuat.az xəbər verir ki, Sabetta adlı qəsəbədəki həyat tərzi turistlərin marağına səbəb olur. Şimal yarımkürəsinin ən şimalında yerləşən Sabetta, yerli xalqın dilində “dünyanın sonu” mənasını verir. Qurularkən qəsəbədə cəmi 19 nəfər yaşayırdı. İndi isə sakinlərin sayı 30 mindən çoxdur. Burada yaşayanların əksəriyyəti təbii qaz yataqlarında işləyən və qəsəbə üçün xidmət göstərənlərdən ibarətdir.

Qəsəbədə yaz aylarında günəş heç batmır. Qış aylarında isə günəş heç görünmür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR