"İlham Əliyevin BMT-dəki çıxışı Emənistanın havadarlarına MESAJDIR" -

"Cənab Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sesiyasında etdiyi çıxışı lazımi ünvanlara mesaj sayıla bilər".

Bu fikirləri Metbuat.az-a özəl olaraq millət vəkili Azər Badamov deyib. Millət vəkili bildirdi ki, Ali Baş Komandan BMT assambleyasında çıxışı zamanı torpaqlarımızın 30 il işğal altında qalmasını və BMT TŞ-nın qətnamələrinin icrasının gecikdirildiyini, bütün bunların ikili standartlarla əlaqədar olduğunu bir daha dünya auditoriyasının diqqətinə çatdırdı.

Bu, olduqca mühüm bir amildir… – AZƏR BADAMOV – EtikXəbər

"Necə olur ki, bəzi ölkələrə yanaşmada TŞ-nın qətnamələrinin dərhal icrasına keçirlər, Azərbaycanla münasibətlərdə isə qətnamə qəbul olunur, amma onun icrası üçün heç bir addım atılmır. Prezident çıxışı zamanı ATƏT-in Minsk Qrupunun yarıtmaz fəaliyyətinə də diqqət çəkdi. İlham Əliyev qeyd etdi ki, Minsk Qrupunun həmsədrləri 27 il ərzində boş-boşuna regionlara səfərlər etmiş, işğalçıya hər hansı təzyiq vasitələrindən istifadə etməmişdir. Bu, ATƏT-in Minsk Qrupunun fəaliyyətinin bundan sonra bizə lazım olmadığına əminlikdir. Prezident İlham Əliyev sülhlə bağlı təklifin Ermənistana göndərildiyi halda qarşı tərəfdən hələ də adekvat cavabını olmadığını qeyd edərək Ermənistanın regionda uzunmüddətli və dayanıqlı sülhün yaranmasının əleyhinə olduğunu bildirdi".

Millət vəkili qeyd etdi ki, Cənab Prezident kommunikasiyaların açılmasının regiona sülh gətirəcəyini dəfələrlə desə də, amma Ermənistanın bu istiqamətdə addımlar atmaq istəməməsi 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın icrasına maraqlı olmadığı anlamındadır.

"Azərbaycan həmişə regionda sülhün və əməkdaşlığın olmasının tərəfdarı olmuşdur. İkinci Qarabağ müharibəsinin baş verməsini də şərtləndirən Ermənistanın yeni müharibə ritorikası və təxribatçı hərəkətləri idi. Prezidentin çıxışındakı notlar bizim razılaşmaya atdığımız imzamızın kağız üstündə saxlamaq üçün yox, icra edilməsi və regionda dayanıqlı sülhün formalaşdırılması üçün dünyaya, həmçinin Ermənistanın havadarlarına mesajdır. Düşünürəm ki, Cənab Prezidentin BMT-dəki çıxışını həm Ermənistanda, həm də onun havadarları dərin müzakirə edərək nəticə çıxaracaqlar".

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR