“Qanlı göl” 2 balıqçıya məzar olacaqdı...

“Qanlı göl” 2 balıqçıya məzar olacaqdı...
23:31 18 Yanvar 2015
137 Ölkə
Ölkə mətbuatı
A- A+

“Qanlı göl”də batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib.

ANS PRESS Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, qurumun “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Qanlı göl” adlanan ərazidə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 10 km aralıda nəzarətsiz ərazidə) qayığın çevrilməsi nəticəsində 2 balıqçının batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Həmin şəxslər Nazirliyin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas edilmiş və aiddiyyatı üzrə təhvil veriliblər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=320432

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR