Türkiyə yeni PUA-nı nümayiş etdirdi

Türkiyə Silahlı Qüvvələri üçün hazırlanan "Aksungur" pilotsuz uçuş aparatı "Teknofest" - Aerokosmik və Texnologiya Festivalında nümayiş etdirilib.

Metbuat.az xəbər verir ki, sözügedən PUA Türk Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) tərəfindən hazırlanıb.

TUSAŞ-ın baş direktorunun PUA sistemləri üzrə müavini Ömər Yıldız "Anadolu"ya açıqlamasında bildirib ki, şirkət ilin sonuna qədər Türkiyə Silahlı Qüvvələrinə 4 ədəd "Aksungur" PUA-sı verməlidir.

Onun sözlərinə görə, bu PUA 18 ay ərzində hazırlanıb və havada 50 saatdan artıq qala bilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR