x
Loading...
.

Bakıda polis vətəndaşı övladlarının yanında döyüb? - DİN-dən AÇIQLAMA / VİDEO

Sosial şəbəkələrdə polisin vətəndaşı saxlayarkən fiziki təzyiq etməsi ilə bağlı videogörüntülər yayılıb. Məlumatda iddia olunub ki, polislər məktəbli övladlarının gözü qarşısında vətəndaşı saxlayarkən onu döyüblər.

Metbuat.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev modern.az-a açıqlamasında bildirib ki, həmin zaman polislər vətəndaşı döyməyiblər: “Polis əməkdaşları şəxsin özünə və digər şəxslərə xəsarət yetirməsinin qarşısını almağa çalışıblar. Vətəndaş aidiyyəti üzrə təhvil verilib. Araşdırmalar aparılır”.

E.Hacıyev əlavə edib ki, videoda görünən azyaşlı uşaqlar həmin şəxsin övladları deyil: “Polisin vətəndaşı döyməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil. Həmin şəxs polis əməkdaşlarının qanuni tələbinə tabesizlik göstərdiyi üçün saxlanılıb”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR