Sumqayıtda azyaşlı qardaşların itkin düşməsi xəbəri

Sumqayıt şəhərində iki azyaşlının oğurlanması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, hadisə Sumqayıtın 4-cü mikrorayonu ərazisində qeydə alınıb. Bildirilir ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində tüfeyli geyimində olan şəxs və ya şəxslər iki qardaşı götürüb aparıblar.

Metbuat.az xbər verir ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Sumqayıt şəhərində belə bir hadisə olmayıb. Məlumat həqiqətə uyğun deyil, əsassızdır. idaillar yoxlanılıb təsdiqini tapmayıb".


10:34

Sumqayıtda iki azyaşlı qardaş itkin düşüb.

Metbuat.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə onların yaxınları sosial şəbəkədə paylaşım edib. Bildirilir ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində tüfeyli geyimində olan şəxs və ya şəxslər fotoda gördüyünüz bu iki qardaşı götürüb aparıblar.

Paylaşımı edən şəxsin sözlərinə görə, hadisə anı kameralara da həkk olunub.

Fotoda təsvir olunan azyaşlı qardaşları görən şəxslərdən yaxınlıqdakı polis bölməsinə məlumat vermələri xahiş olunur.

Sumqayıtda DƏHŞƏT: Azyaşlı qardaşlar OĞURLANDI - FOTO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR