"Formula 1" üzrə Rusiya Qran-prisində 3-cü sərbəst yürüş ləğv edilib.
Metbuat.az xəbər verir ki, qərarın pilotların təhlükəsizliyi baxımından qəbul olunduğu bildirilib. Bu səbəbdən müsabiqənin nə vaxt davam edəcəyi hələ ki, bilinmir.
Qeyd edək ki, hazıra Krasnodar diyarında, xüsusən də Qara dəniz sahillərində leysan yağışlar və şiddətli külək müşahidə olunur.