x
Loading...
.

Əhaliyə daha bir XƏBƏRDARLIQ - TƏCİLİ

Sentyabrın 25-dən 26-na keçən gecə saatlarından başlayaraq Quba-Qusar rayonu və Şimal zonasının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Metbuat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bəzi yerlərdə leysan xarakterli güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Prosesin gecə saat 02.00 radələrindən başlanması, və ən intensiv dövrün səhər saat 07.00-dək davam edəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, Qusarçay, Qudyalçay, Vəlvələçay, Qaraca, Ağçay, Cağacuqçay, Qaraçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Şimal-şərq küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m /s- dək güclənəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR