Lənkəranda anım günü ilə bağlı tədbir keçirilib

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran Şəhər Təhsil Şöbəsi və Rasim Məmmədov adına şəhər 5 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə pandemiya qaydalarını gözləməklə “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib.

Metbuat.az xəbər verir ki, tədbirdə DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Cəmil Axundzadə, məktəbin direktoru Bəsirə Əzimova, direktor müavini Cəfər Fətullayev, müəllimlər və şagirdlər iştirak edib.

Tədbir şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlanıb.

Daha sonra 44 günlük Vətən müharibəsindən bəhs edən videoçarx nümayiş edilib.

Çıxışlar zamanı 2020-ci ilin sentyabrın 27-dən başlayan Vətən müharibəsində Azərbaycan ordusunun müzəffər Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində parlaq qələbə qazandığı və torpaqlarımızın azad olunduğu qeyd edilib. Bu qələbənin Şəhidlərimizin qanı və qazilərimizin igidliyi hesabına əldə edildiyi vurğulanıb. Natiqlər, Azərbaycan gənclərinin milli-mənəvi dəyərlərə, mənəvi-əxlaqi və yüksək vətənpərvərlik keyfiyyətlərinə malik olduğunu və bu keyfiyyətlərin Vətən müharibəsindəki qələbəmizdə mühüm rol oynadığını diqqətə çatdırıblar.

Sonda şagirdlərin ifasında şəhidlərimizə həsr edilmiş şeirlər dinlənilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR