Yunanıstandakı şiddətli zəlzələ zamanı tikililər çökdü

Yunanıstanın Krit adasında baş verən rixter cədvəli üzrə 6 bal gücündəki zəlzələ nəticəsində bir neçə tikili çöküb.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mənbələri məlumat yayıb. Dağıntılar altında qalanlar var. Sunami barədə xəbərdarlıq edilməyib. Zəlzələdən sonra məktəblərdə dərslər dayandırılıb. İnfrastruktura ziyan dəyib. Ərazidə xilasedicilər çalışır.

Qeyd edək ki, əvvəlcə zəlzələnin gücü 6,5 bal açıqlanmışdı. Bəzi mənbələrdə isə 5, 7 bal göstərilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR