Gülüstan Əliyeva 30 il sonra şəhid həyat yoldaşının qəbrini ziyarət etdi -

"30 ildən sonra həyat yoldaşımın qəbirini ziyarət edim”.

Metbuataz xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasnda Əməkdar artist, Opera və Balet Teatrının solisti Gülüstan Əliyeva Cəbrayıl rayonuna səfərindən danışarkən deyib.

O bildirib ki, ermənilər şəhid Zahid Əhmədovun qəbrini dağıdıblar:

"Qəbirdən heç nə qalmayıb, dağıdıblar. Kənddə görüləsi heç nə yoxdur, hər yer dağılıb-uçurulub. Amma hər yerdə bərpa işləri gedir. Hələ özümə gələ bilməmişəm”.

Qeyd edək ki, Gülüstan Əliyevanın həyat yoldaşı Zahid Əhmədov 1991-ci ildə Qarabağ müharibəsində şəhid olub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR