Mərkəzi Nəbatat Bağında “Açıq qapı” günü keçirilib -

27–sentyabr Anım günü ilə əlaqədar olaraq AMEA Mərkəzi Nəbatat Bağında “Qarabağın florası və bitki örtüyü”nə həs olunmuş açıq qapı günü keçirilib.

AMEA Mərkəzi Nəbatat Bağı rəhbərliyi vəkollektivi Anım Günü çərçivəsində İkinci Fəxri xiyabanı ziyarət ediblər.

Daha sonra Bağda davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan AMEA Mərkəzi Nəbatat Bağının direktoru, biologiya elmlər doktoru Vahid Fərzəliyev çıxışında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi zamanı rəşadətli Azərbaycan ordususu işğalçı düşməni torpaqlarımızdan çıxarmaqla ərazi bütövlüyünü bərpa etməsindən bəhs edib.

Mərkəzi Nəbatat Bağına ziyarət edən qonaq və məktəblilər üçün təşkil olunan eskursiyalarda Qafqazın ən zəngin fitocoğrafi regionu olan Qarabağın florası və bitki örtüyü ilə tanış olublar. Həmçinin uşaqlarla maarifləndirici söhbətlər aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Açıq qapı günü ilə əlaqədar Bağda təşkil olunan eskursiyalar iş günü sonuna qədər davam edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR