"Omoniya" - "Qarabağ" oyununun hakimləri bəlli oldu

UEFA Konfrans Liqasının qrup mərhələsində Kiprdə "Omoniya" və "Qarabağ" komandaları arasında keçiriləcək II tur oyununun hakimləri açıqlanıb.

Metbuat.az xəbər verir ki, FIFA referisi Bobbi Maddenə yan xətt hakimləri qismində Devid Rum və Alan Malvenni köməklik göstərəcək. Dördüncü hakim Kreyq Napyer olacaq.

Xatırladaq ki, sentyabrın 30-da Nikosiyadakı GSP stadionunda oynanılacaq "Omoniya" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR