İnternetdə tanış olduğu oğlanı evinə çağırdı - İnanılmaz əməl törətdi /

Türkiyənin Adana şəhərində 42 yaşlı qadın kişiləri aldadaraq onların pullarını ələ keçirib.

Metbuat.az xəbər verir ki, məlumata görə, 42 yaşlı qadın intim xidməti elanı ilə kişiləri görüşə çağırırmış. Ardınca isə sevgilisi ilə birgə onlara qarşı güc tətbiq edərək, soyğun törədirmiş. Bildirilir ki, 400 tl qarşılığında görüşməyə razılıq verən 23 yaşlı oğlan, qadının evində gözlənilməz mənzərə ilə üzləşib. Görüş zamanı qadının sevgilisi də silahla evə daxil olaraq, gəncin pullarını alıb.

Ardınca o sərbəst buraxılıb. Gəncin şikayəti əsasından 42 yaşlı qadın və onun sevgilisi həbs edilib. Araşdırma davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR