Putin və Şoyqunun SİBİR SƏRGÜZƏŞTLƏRİ:

Uzun, gərgin iş qrafikindən sonra Rusiya prezidenti Vladimir Putin Müdafiə naziri Sergey Şoyqu Sibirə tətilə gediblər.

Metbuat.az xəbər verir ki, Sibirdə Putin və Şoyqu "Sayano-Şuşenski" təbiət qoruğunu gəzərək maralı sürüsü ilə tanış olublar. Daha sonra ərazini qayıqla gəzən Putin və Şoyqu birlikdə balıq tutublar. Prezident və nazir gecəni dəniz səviyyəsindən iki min metr yüksəklikdə çadırlarda keçiriblər.

Prezidentin səfəri barədə jurnalistlərin suallarını cavablandıran Dimitri Peskov bildirib ki, Putin tətil müddətində ət qızardaraq, Şoyqu ilə birlikdə Sibirdə yeni şəhərlər qurmaq ideyasını müzakirə edə bilərlər. Peskov, tətil zamanı Putinin yanında nüvə çantası aparıb aparmadığı sualına cavab olaraq qeyd edib ki, prezidentin bütün lazımi ünsiyyət vasitələri var.


Qeyd edək ki, Putin mart ayında Şoyqu ilə birlikdə Tayqaya dincəlməyə getmişdi.


Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR