İsrailə nota verildi

İordaniya Əl-Əqsa məscidi ilə bağlı İsrailə nota verib.

Metbuat.az xəbər verir ki, notada İsrailin Əl-Əqsa məscidi ilə bağlı hüquqları pozduğu və qanunsuz addımlar atdığı qeyd olunur. Açıqlamaya görə, fanatik yəhudilərin İsrail polisinin mühafizəsi altında Əl-Əqsa məscidinə daxil olmasına səssiz qalmaq olmaz. Xəbərdarlıqda İsraildən Şərqi Qüdsdə gərginliyi artıracaq addımlardan çəkinməsi tələb olunub.

Bildirilib ki, Əl-Əqsa məscidinin 144hektarlıq bütün sahəsi müsəlmanlara aid ibadət yeridir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR