Saakaşvili Gürcüstana qayıtsa həbs ediləcək - Baş nazir

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili keçmiş prezident Mixeil Saakaşvilinin ölkəyə qayıdacağı barədə xəbərlərə münasibət bildirib.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, Saakaşvili ölkəyə qayıtsa həbs olunacaq. “Ona dövlət cavab verəcək. Torpaqlarımıza gələr-gəlməz həbs ediləcək” - deyə Baş nazir deyib.

Qeyd edək ki, Saakaşvili oktyabrın 2-də Gürcüstana bilet aldığını açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR