x
Loading...

Bakı əhalisi maksimum 700 min nəfər olacaq – AÇIQLAMA

Ölkəmizdə, demək olar ki, hər şey Bakıda mərkəzləşib. Məhz bu səbəbdən də paytaxtda əhalinin sayı hər gün bir az daha artır. Bəs digər rayonlardan insanların köçünün qarşısını almaq üçün hansı işlər görülməlidir?

Metbuat.az xəbər verir ki, məsələ ilə bağlı sonxeber.az-a açıqlama verən millət vəkili Aqil Abbas bildirib ki, 3-4 ilə Bakıdan rayonlara böyük köç başlayacaq:
“Bir çox nazirliklərin Bakıya aidiyyatı yoxdur, onlar rayonlarda olmalıdır. Su Təsərrüfatı Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Kənd Tikinti Nazirliyi və bir çox digər nazirliklərin Bakıda olması düzgün deyil.

Onlar rayonlara köçürülməlidir ki, həmin ərazilərdə də infrastruktur inkişaf etsin. Rayonlarda müəyyən obyektlərin tikintisi davam etdirilir. Bu obyektlərin açılışının çoxunda cənab İlham Əliyev özü də iştirak edib. Yəni iş yerlərinin yaradılması ilə bağlı fəaliyyət davam etdirilir. Bakıda nə qədər məcburi köçkünlər var ki, onlar öz yurdlarına qayıdacaqlar. 3-4 il ərzində Bakıdan rayonlara sürətli şəkildə köç başlayacaq. İşğaldan azad olunan torpaqlarda quruculuq işləri gedir. Həmin yerlər boş qalmayacaq, insanlar ora gedəcəklər. Bakının əhalisi maksimum 700 min nəfər olacaq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR