Daha 3 erməni hərbçinin meyitinin qalıqları təhvil verildi

Qarabağdakı döyüşlər zamanı ölən daha 3 erməni əsgərin cəsədinin qalıqları qarşı tərəfə təhvil verilib.

Metbuat.az xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Meyitlər Şuşa ərazisində aşkarlanıb. Bildirilir ki, ölən hərbçilərin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 673-ə çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR