"Qəbələ" UEFA Gənclər Liqasında mübarizəyə başlayır

Bu gün “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayacaq.

Metbuat.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçi olduğu komanda Çempionlar Yolunda Niderland təmsilçisi AZ ilə üz-üzə gələcək. Qəbələ şəhər stadionundakı görüş saat 17:00-da başlayacaq.

Çempionlar yolu
I mərhələ, ilk oyun
29 sentyabr
17:00. “Qəbələ” (Azərbaycan) – AZ (Niderland)

Baş hakim: Viktor Kopiyevski (Ukrayna)
Qəbələ şəhər stadionu

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü oktyabrın 19-da “AZ Təlim-Məşq Mərkəzi”ndə baş tutacaq. Cütün qalibi növbəti raundda “Csikszereda" (Rumıniya) - "Anje" (Fransa) duelinin güclüsü ilə görüşəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR