Çempionlar Turu:

Çempionlar Turunun final mərhələsində IV tur yekunlaşıb.

Metbuat.az xəbər verir ki, Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov fransalı Maksim Vaşye-Laqravı, Teymur Rəcəbov isə polşalı Yan-Kşiştof Dudanı eyni hesabla məğlub edib - 2,5:1,5. Bu, onların turnirdəki ilk qələbələridir.

Çempionlar Turu
Final mərhələsi
IV tur

Maksim Vaşye-Laqrav (Fransa) - Şəhriyar Məmmədyarov (AZƏRBAYCAN) - 1,5:2,5

Teymur Rəcəbov (AZƏRBAYCAN) - Yan-Kşiştof Duda (Polşa) - 2,5:1,5

Aniş Giri (Niderland) - Levon Aronyan (Ermənistan) - 1:3

Vladislav Artemyev (Rusiya) - Maqnus Karlsen (Norveç) - 3:1

Hikaru Nakamura (ABŞ) - Uesli So (ABŞ) - 4:2

Xal durumu: Maqnus Karlsen - 23,5 xal, Uesli So - 19,5 xal, Levon Aronyan - 15 xal, Teymur Rəcəbov - 12 xal, Hikaru Nakamura - 12 xal, Aniş Giri - 9,5 xal, Maksim Vaşye-Laqrav - 8,5 xal, Vladislav Artemyev - 8,5 xal, Şəhriyar Məmmədyarov - 5,5 xal, Yan-Kşiştof Duda - 5 xa.

Qeyd edək ki, sentyabrın 29-da oynanılacaq V turda Rəcəbov Aronyan ilə, Məmmədyarov isə Artemyevlə qarşılaşacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR