İran Azərbaycanın haqlı narazılıqlarına CAVAB VERMƏLİDİR -

“İstənilən halda İranda dövlət səviyyəsində Azərbaycanın haqlı narazılıqları öz həllini tapmalıdır. İrandan istər özəl, istərsə də kommersiya şirkəti olmasından asılı olmayaraq, Azərbaycanın xəbəri olmadan onun ərazilərinə yük daşınırsa, bunun məsuliyyətini birbaşa İran hökuməti daşıyır”.

Bu açıqlamanı Metbuat.az-a politoloq Tural İsmayılov deyib. Politoloq deyir ki, İranın Bakıdakı səfiri Musəvi Xankəndiyə yük daşıyanların özəl İran şirkətləridir.

“Hesab edirəm ki, İran XİN müavininin Azərbaycana səfəri, Prezidentin köməkçisi Hikmət Hacıyevin İran səfiri ilə görüşü bu məsələlərin müsbət nəticələnməsinə səbəb olacaq. İran Azərbaycan ərazisinə yalnız sözdə deyil, əməldə də hörmət etdiyini göstərməlidir. İran özəl şirkətlərin Qarabağa Azərbaycandan icazəsiz yük daşımalarının qarşısını alınmalıdır”.

Qeyd edək ki, Qarabağa İrandan qanunsuz şəkildə yük daşıyan özəl yükdaşıma şirkətlərinə xəbərdarlıq olunması ilə bağlı İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi jurnalistlərə açıqlamasında deyib.

"Özəl sektorda çalışan nəqliyyət şirkətlərinə xəbərdarlıq etmişik, çünki Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmalıyıq. Tərəfimizdən lazım olan addımları atırıq", - səfir qeyd edib. Musəvi əlavə edib ki, bununla əlaqədar Azərbaycan tərəfindən rəsmi şəkildə məlumatlar alındıqdan sonra addımlar atılıb.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR