Avropada qazın qiyməti min dolları keçdi

Avropada qazın qiyməti son həftələrdə kəskin artıb. "ICE Futures" ticarət məlumatlarına görə , Avropadakı qaz fyuçerslərində min kubmetr üçün qazın qiyməti 1000 dolları keçib.

Metbuat.az xəbər verir ki, avqustun əvvəllərində Hollandiyanın TTF indeksi üzrə ən yaxın fyuçerslərin təxmini qiyməti min kubmetr üçün təxminən 515 dollar idi, avqustun sonunda bu rəqəm 600 dollar səviyyəsinə yaxınlaşıb.

Daha əvvəl "Fitch"in təbii ehtiyatlar və əmtəələr qrupunun direktoru Dmitri Marinchenko, qaz fyuçerslərinin qiymətlər dinamikasının əsasən iki amildən, havaların kəskin soyuması və "Şimal axını 2" qaz kəmərinin işə salınmasından asılı olacağını bildirmişdi. Ekspert qeyd etmişdi ki, qiymətlərə təsir edən amillərdən biri də tədarükün artırıla bilməməsi riskidir.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR