Merkelin nə qədər pensiya alacağı BƏLLİ OLDU -

16 ildir Almaniya hökumətinə başçılıq edən Merkel kansler postundan gedəcəyini hələ 2018-ci ildə elan etmişdi.

Metbuat.az xəbər verir ki, Almaniya kansleri 2021-ci ilin parlament seçkisində namizədliyini verməyəcək. Almaniyanın “Deutsche Welle” nəşri qeyd edir ki, 67 yaşı iyulda tamam olacaq Merkel vəzifəsindən ayrıldıqdan sonra maliyyə baxımından heç bir sıxıntı çəkməyəcək. Belə ki, kanslerin ayda 25 min avro maaş alacağı bildirilib. O parlamentin deputatı kimi əlavə 10 min avro maaş da alır. Merkel otuz ildir parlamentin üzvüdür. Kansler postunda 16 il çalışmasının faydasını Merkel pensiyaya çıxanda da görəcək. 1953-cü ildə qəbul edilmiş federal qanuna görə, ən azı 4 il kansler postunu tutmuş şəxs bu postu tərk edəndən sonra vəzifə maaşının 27,74 faizini ala bilər. Kansler postunda hər əlavə iş ilinə görə isə məbləğ 2,29167%-dən 71,75%-dək arta bilər. Bu o deməkdir ki, Merkel keçmiş kansler kimi ayda 15 min avroya yaxın pensiya almaq imkanında olacaq.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR