Rektordan valideynlərə çağırış:

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev övladı tələbə olan valideynlərə çağırış edib.

Metbuat.az xəbər verir ki, o, sıxlıq yaranmasın deyə övladlarını müşayiət etməmələrini xahiş edib:

“Bildiyimiz kimi, hazırda Bakı Dövlət Universitetində 22 min nəfərə yaxın tələbə təhsil alır. Bu il isə 5000 nəfər tələbə universitetin birinci kursuna qəbul olunub. Cari ildə pandemiya şərtlərinə görə, təhsil müəssisəsində tədris növbəlilik prinsipi əsasında təşkil olunur.

Hər növbə üzrə isə BDU-ya minlərlə tələbə gəlir. Tədrisin ilk günü olduğu üçün tələbələri yaxınlarının müşayiət etməsi və tədris bitənədək onları gözləməsi universitetin önündə müəyyən sıxlığa səbəb olur.

Bu sıxlıq isə tədrisin ənənəvi qaydada təşkilinə problem yaradır. Buna görə də valideynlərdən xahiş edirik ki, övladlarını müşayiət etməsinlər”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR