Çindən xəbərdarlıq: Silahlanma yarışı sürətlənəcək

“AUKUS sazişi nüvə silahlanmasını sürətləndirə bilər”.

Metbuat.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər naziri Vanq Yi açıqlama verib. O bildirib ki, bölgədə silahlanma yarışının sürətlənməsi gərginliyi artıracaq.

Qeyd edək ki, ABŞ, Böyük Britaniya və Avstraliya Hind okeanı ilə Sakit okeanı arasındakı geniş coğrafiyada təhlükəsizliyi qorumaq üçün 3-lü işbirliyi mexanizmi yaradacaqlarını bəyan ediblər.

Bildirilib ki, ABŞ və Böyük Britaniya sualtı qayıqlar üçün Avstraliyaya lazımi dəstəyi verəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR