Qeyri- neft ixracı artıb

Cari ilin 8 ayı ərzində Azərbaycanın ixracı 13 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,6 mlrd. ABŞ dolları təşkil edib.

Metbuat.az xəbər verir ki, qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 429 mln. ABŞ dolları və ya 37,1% artıb.

2021-ci ilin 8 ayı ərzində qeyri-neft ixracında meyvə-tərəvəz məhsulları 364,7 milyon ABŞ dolları ilə əsas paya malik olub. Müvafiq dövr ərzində qeyri-neft ixracında qara metallar və onlardan hazırlanan məmulatlar 1,5 dəfə, pambıq iplik 3,1 dəfə, şəkər 2,2 dəfə, kimya sənayesi məhsulları 68%, pambıq lifi 88,5%, alüminium və ondan hazırlanan məmulatlarda isə 45% artım qeydə alınıb.

Cari ilin yanvar-avqust ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında ilk üçlükdə bu məhsullar dayanır.

  1. Pambıq mahlıcı (143,8 milyon ABŞ dolları)
  2. Qızıl (140,1 milyon ABŞ dolları)
  3. Pomidor (tomat) (128,2 milyon ABŞ dolları)

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR