Mütəxəssislər XƏBƏRDARLIQ EDİR: Bir il davam edir -

"Post-Covid sindrom"u, Covid 19-dan sağalan bir çox insanın yaşadığı problemlərdən biridir.

Metbuat.az xəbər verir ki, "koronanın ən təhlükəli vəziyyəti" olaraq xarakterizə edilən bu xəstəlik həm bədəni, həm də psixologiyanı çox uzun müddət sarsıdır. Üstəlik, saç tökülməsinə, əzələ ağrılarına, baş ağrısına, başgicəllənməyə, narahatlığa və hətta depressiyaya səbəb ola biləcək sindrom uşaqları da təhdid edir. Uzun müddətdir davam edən "Covid sindromu" ilə əlaqədar bu günə qədər ən böyük araşdırma nəticəsində bəlli olub ki, xəstələnlərin 57 faizi uzun müddət davam edən Post-Covid sindromunu yaşayır.

Araşdırma nəticəsində o da məlum olub ki, bu sindromu yaşayan insanlarda hətta altı ay keçməsinə baxmayaraq, bədəndə uzunmüddətli ağrı və yorğunluq vəziyyətindən şikayət edirlər. Mütəxəssislər bu vəziyyətdən xilas olmağın yolunu yoluxmadan sonra peyvənd olunmaqda görürlər. Nəticədə orqanizma bu sindroma qarşı daha effektiv nəticələr göstərə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR