Azərbaycan Premyer Liqası:

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start veriləcək.

Metbuat.az xəbər verir ki, "Zirə" komandası "Sumqayıt"ı qəbul edəcək. Hazırda paytaxt klubu 8 xalla 4-cü, "gənclik şəhəri" təmsilçisi isə 7 xalla 5-ci pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası, VI tur

1 oktyabr

19:30. “Zirə” – “Sumqayıt”
Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun iki oyunu oktyabrın 2-də gerçəkləşəcək. "Keşlə" "Sabah"ı, "Səbail" "Neftçi"ni qəbul edəcək. Tura oktyabrın 3-dəki “Qarabağ” – “Qəbələ” matçı ilə yekun vurulacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR