Qurban Qurbanov:

"Mən daha çətin oyun gözləyirdim. Rəqibi qiymətləndirməmək olmaz. Qarşıdakı matçlarda da bu cür çıxış etməliyik".

Metbuat.az xəbər verir ki, bunları "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Kiprdə "Omoniya"ya 4:1hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının qrup oyunundan sonra mətbuat konfransında deyib.

Baş məşqçi əzmkar mübarizəyə görə futbolçularına təşəkkür edib: "Yaxşı mübarizə apardıq. Düzdür, ilk hissədə hesabda geri düşdük. Amma futbolçular sonadək mübarizə apardılar. Rəqibə gələcək oyunlarda uğurlar arzulayıram".

O bildirib ki, ilk hissədə də kifayət qədər qol imkanları olub: "Sadəcə, standart vəziyyət zamanı ani diqqətsizlikdən qol buraxdıq. Halbuki oyunçulara daha diqqətli olmağı tapşırmışdıq. İkinci hissədə ruhdan düşmədik, meydana qələbə üçün çıxdıq. İkinci yarı daha sürətli, hücumlarımız isə kəsərli alındı".

Qeyd edək ki, "Qarabağ" bu qələbə ilə hazırda qrup birincisidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR