Kadi həftənin ən yaxşı qolunun müəllifi seçilib /

UEFA Konfrans Liqasında qrup mərhələsinin II tur oyunlarından sonra həftənin ən yaxşı qolu müəyyənləşib.

Metbuat.az xəbər verir ki, azarkeşlər arasındakı səsvermə nəticəsində "Qarabağ"ın futbolçusu Kadi Borgesin "Omoniya"ya vurduğu ilk qol ən yaxşı seçilib.

Qeyd edək ki, Kadi ilk və həftənin ən yaxşı qoluna layiq görülən qolunu 52-ci dəqiqədə vurub.


09:11

Xəbər verdiyimiz kimi, UEFA Konfrans Liqasının qrup mərhələsinin II turunda "Qarabağ" "Omoniya"ya 4:1 hesabı ilə qalib gəlib.

Metbuat.az xəbər verir ki, oyunlardan sonra həftənin ən yaxşı qolu adına namizədlər bəlli olub.

Belə ki, Ağdam təmsilçisinin oyunçusu Kadi Borgesin dəqiq zərbəsi namizədlər siyahısında yer alıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR