Bu halda sərnişinlər CƏRİMƏLƏNMƏYƏCƏKLƏR -

"Peyvənd olunmayan, yaxud COVID-19-a qarşı immunitet sertifikatı olmayan sərnişinlər inzibati məsuliyyətə cəlb olunmayacaqlar".

Metbuat.az xəbər verir ki, bu barədə DİN-nin mətbuat katibi Elşad Hacıyev açıqlama verib. O qeyd edib ki, daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində müvafiq nəzarət tədbirlərinin icrası diqqətdə saxlanılır.

"Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması aşkar edildiyi hallarda müntəzəm sərnişindaşımanı həyata keçirən fiziki, hüquqi və vəzifəli şəxslər qanunverciliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb ediləcəklər".

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR