Erməni bayrağını görən türklər dəliyə döndü -

Avropa Liqasının qrup mərhələsinin II turunda Fransada baş tutan “Marsel” - "Qalatasaray" qarşılaşması zamanı gərginlik yaşanıb.

Metbuat.az xəbər verir ki, yerli azərkeşin Yunanıstan bayrağı açaraq, türk azərkeşlərinin olduğu tribunaya gəlməsi gərginliyə səbəb olub. Polisin müdaxiləsi ilə aranı sakitləşdirmək mümkün olub.

"Qalatasaray"ın baş məşqçisi bildirib ki, yerli azərkeşlər Yunanıstan və Ermənistan bayrağını açması türkləri özündən çıxarıb. Terim bildirib ki, türklər hadisəyə sərt reaksiya verməkdə haqlıdırlar. Onun sözlərinə görə, yerli fanatlar bilərəkdən türkləri təhrik ediblər.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR