Qərbin "Saakaşvili planı" - Keçmiş lider Gürcüstana buna görə qayıdıb /

Gürcüstan sabiq prezidenti Mixail Saakaşvili ölkəsinə qayıdıb. Onun Gürcüstanda keçiriləcək seçkilərdə partiyasını qələbəyə aparması gözlənilir.

Bu barədə Metbuat.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, onun bu addımı hakim "Gürcü Arzusu" partiyası ilə qarşıdurmaya səbəb ola bilər.

"Gürcüstanda siyasi-iqtisadi və sosial vəziyyət çətinləşir. Ölkədə demokratiya keçmişdə qalıb, kriminogen vəziyyət getdikcə ağırlaşır. Həmçinin hakimiyyətin Qərblə sıx siyasi inteqrasiya qurmaması, Moskva ilə şübhəli əlaqələri Qərbin bu ölkədə Mixail Sakaşviliyə dəstək verməsini labüd edib. Qərb tərəfindən M. Sakaşviliyə dəstək verilib ki, o Gürcüstana qayıtdı. Onun həbsi isə, hakimiyyətə qarşı Qərbin təzyiqlərini artıra bilər".

Politoloq qeyd etdi ki, ölkədə seçki dönəmində etirazların baş verməsi də mümkündür.

"Təbii ki, M. Saakaşvili növbəti dəfə hakimiyyətə gələrsə, Gürcüstanda Qərbin mövqeləri güclənəcək və ölkə NATO-ya üzv ola bilər. Ölkədə demokratik seçkilər keçiriləcəksə, müxalifətin qalib gəlməsi mümkündür".

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR