İran Zəngəzur dəhlizinin açılmasından NİYƏ NARAHATDIR -

“Zəngəzur dəhlizinin açılması İranın iqtisadi baxımdan ciddi narahat edir”.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Azərbaycan Naxçıvanla əlaqəsini 30 ildir İran üzərindən həyata keçirir. Nəticədə, İran həm Azərbayacan üzərində müəyyən siyasi təsirə malik idi, həm də bu ticarətdən pul qazanırdı. Zəngəzur dəhlizinin açılması ilə bu məsələlər tamamilə aradan qalxacaq. İranın digər narahatlığı isə Zəngəzur dəhlizinin açılmasıyla Türkiyə ilə Mərkəzi Asiya arasındakı ticarət yolunun tamamilə dəyişəcəyi ilə bağlıdır. Hazırda İrandan keçən bu yol Tehran üçün olduqca sərfəlidir.

Türkiyədən girib Türkmənistan sərhədinə çıxan yük maşını 1800 kilometr məsafə üçün İrana 700-800 dollar ödəyir. Dəhlizin açılması ilə marşrut xətti dəyişəcək nəticədə İran bu gəliri də itirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR