"Qarabağ" "Omoniya" matçında rəqibin qapısından 2 dəfə qol vuran

Xəbər verdiyimiz kimi, Konfrans Liqasında qrup mərhələsinin 2-ci turunda "Qarabağ" Kiprdə “Omoniya”nı 4:1 hesabı ilə məğlub edib.

Metbuat.az xəbər verir ki, Kadi Borqes, 52 (1:1), Ramil Şeydayev, 73 (1:2), Maksim Medvedev, 79-pen (1:3), Kadi Borqes, 90+4 (1:4)rəqib qapısına qol vura bilib.

Eyni zamanda, Ağdam təmsilçisinin oyunçusu Kadi Borges həftənin ən yaxşı qolu adına namizəd seçilib.

Əslən Braziliyadan olan legioner 1996-cı ildə anadan olub. 25 yaşlı futbolçu karyerasına 2016-cı ildə Braziliyanın "Koritiba" klubunda başlayır. 173 sm boyda, 68 kq çəkidə olan Kadi "Koritiba"nın heyətində ilk ilində 3 dəfə meydana çıxıb. 2017-ci ildə futbolçu qısa müddətlik Braziliyanın başqa bir klubu olan "Londirina" klubuna icarəyə verilib. Kadi "Koritiba"nın heyətində ümumilikdə 31 oyunda meydana çıxıb və 4 dəfə fərqlənib.

2019-cu ildə Kadinin Avropa macərası başlayır və futbolçu 2019/20 mövsumun əvvəlində Portuqaliyanın "Eştoril" klubuna keçib. "Eştoril"də qısa müddətdə 6 oyuna çıxıb bir qol vuran futbolçu, digər bir Portuqaliya klubu olan "Vilafranquense" klubuna transfer edir. Cəmi 4 oyuna çıxaraq 2019/20 mövsümunu orada bitirir. Kadinin "Vilafranquense"nin heyətində keçirdiyi ikinci mövsumundə 29 oyunda meydana çıxıb və 5 qol vurub.

Kadi Ağdam təmsilçisinin klubuna 11 iyun 2021-ci ildə transfer edilir. Braziliyalı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb. "Qarabağ"da 20 nömrəli forma ilə çıxış edir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR